Mərkəzi Bank uçot stavkasını endirdi
Bizi izləyin

Digər

Mərkəzi Bank uçot stavkasını endirdi

Rusiya Mərkəzi Bankının uçot stavkası may ayının 5-dən 12,5 faiz təşkil edəcək.

Publika.az xəbər verir ki, Mərkəzi Bank bugünkü toplantısında belı bir qərar qəbul edib. Beləliklə də, ilin əvvəli 17 faiz təşkil edən uçot stavkası əvvəlcə 14,5 faizə, indi isə 12 faizə endirilmiş oldu.

Qeyd edək ki, ekspertlər uçot stavkasının 1-2 faiz endiriləcəyini proqnozlaşdırırdılar. Rusiya Mərkəzi Bankı il ərzində inflyasiyanın stabilləşəcəyini proqnozlaşdırır. Eləcə də ümumi daxili məhsulun tempinin bərpa olunacağını gözləyir. Bununla bərabər, Mərkəzi Bank birinci rübdə ÜDM-in azalmasını istisna etmir.

Onu da bildirək ki, mart ayının 10-da Rusiyada illik inflyasiya 16,7 faiz təşkil etsə də, apreldə 16,5 faiz olub.

Yeri gəlmişkən, Mərkəzi Bankın uçot stavkası ilə bağlı qərarı rublun məzənnəsinə təsir edib. Birjalarda dollar və avro rubla qarşı yenə zəifləyib. Bir dollar 51,30 rubla, 1 avro 57,3 avro səviyyəsinə düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm