“Mançester Yunayted”in futbolçuları “Bakcell”i reklam etdilər
Bizi izləyin

Digər

“Mançester Yunayted”in futbolçuları “Bakcell”i reklam etdilər

“Mançester Yunayted” ingilis futbol klubunun üzvləri "Bakcell"in 4-cü Sür@ brendi ilə bağlı reklam çarxında yer alıblar.

Publika.az xəbər verir ki, bu haqda 4G xidmətinin təqdimatına dair mətbuat konfransında məlumat verilib. Bəlli olub ki, 60 saniyəlik reklam çarxında Angel Di Maria, Daley Blind, Ander Herrera, Marcos Rojo kimi məşhur oyunçular yer alıblar.

Qeyd edək ki, “Bakcell” bazarda smartfon istifadəçiləri üçün 4G xidəmtini tıklif edən ilk operatordur.

Xidmət sayəsində “Bakcell” abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları bir göz qırpımında yükləyib göndərə, musiqi axınlarını buferiyasiyanı gözləmədən dinləyə, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynaya biləcəklər. İlk mərhələdə bu xidmətdən Bakının bir neçə rayonunda istifadə etmək mümkün olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm