• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ceyhan limanından 271 milyon tondan çox neft yola salınıb

  • Digər
  • 7 May 2015 18:44
  • 413 Baxış
Ceyhan limanından 271 milyon tondan çox neft yola salınıb

Bu ilin aprel ayı ərzində 2 milyon 377 min 338 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Publika.az xəbər verir ki, bu həcmin 1 milyon 370 min 883 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 9 milyon 239 min 395 ton olub.



Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il may ayının 1-ə qədər Ceyhan limanından 271 milyon 178 min 485 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. Aprel ayında BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql edilib. Aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 337 min 542 ton Azərbaycan nefti nəql olunmuşdur.Cari ilin yanvar- aprel aylarında bu kəmərlə 9 milyon 559 min 744 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il may ayının 1-ə qədər BTC-yə 273 milyon 399 min 590 ton neft vurulub.


Bundan başqa, 2015-ci ilin aprel ayında BTC kəməri ilə 233 min 718 ton Qazaxıstan və 350 min ton Türkmənistan nefti nəql olunub.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR