Özəl pensiya fondları ilə bağlı qanunvericilik hazırlanır
Bizi izləyin

Digər

Özəl pensiya fondları ilə bağlı qanunvericilik hazırlanır

Gələcəkdə özəl pensiya fondlarının, eləcə də dövlət pensiya təminatı sistemində yığım komponentinin tətbiqi fərdi hesablar sisteminə əsasən reallaşdırılacaq. Yaradılacaq özəl pensiya fondları könüllü sosial sığortalanmaya əsaslanacaq. Bununla bağlı, qanunvericilik layihəsi bu ilin noyabrında yekunlaşacaq.

Publika.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev YAP tərəfindən təşkil olunan Heydər Əliyevin 92-ci il dönümü ilə bağlı “Azərbaycan Müasir Dünyada” adlı konfransdan sonra jurnalistlərə verdiyi açıqlamada bildirib. Elman Mehdiyev deyib ki, yaradılacaq özəl pensiya fondları könüllü sosial sığortalanmaya əsaslanacaq: “Bununla bağlı, qanunvericilik layihəsi bu ilin noyabrında yekunlaşacaq. E. Mehdiyev bildirib ki, prezident İlham Əliyevin təsdiq etdiyi pensiya islahatı konsepsiyası da məhz bu sistemin könüllü sosial sığortalanma əsasında reallaşdırılmasına hədəflənir. Aprel ayında Azərbaycan Respublikasında dövlət pensiya sisteminin yığım komponentinin tətbiqi, özəl pensiya fondlarının yaradılması ilə bağlı yaradılacaq qanunvericiliyin ilkin çərçivə planını açıqladıq. Çərçivə planı Avropa ekspertləri tərəfindən hazırlanmışdı.

Burada bir neçə alternativ nəzərdə tutulurdu. Bura həm məcburi sosial sığortalanma əsasında yığım komponenti və özəl pensiya fondlarının tətbiqi ilə bağlı dünya təcrübəsi, həm də könüllü sosial sığortalanma əsasında bu sistemlərin yaradılması ilə bağlı alternativlər daxil idi. Bilirsiniz ki, dünyada son dövrlər baş verən tendensiyalar əsas etibarilə məcburi sosial sığortalanmaya əsaslanan real yığım komponenti və özəl pensiya fondları sistemindən imtina edilərək tədricən dövlət pensiya sistemində həmrəylik sisteminə qayıdış, özəl pensiya sistemlərində könüllü sosial sığortalanma əsasında bu sistemlərin yaradılması nəzərdə tutulur. Biz çərçivə planında bu element üzərində dayanmışıq və hal-hazırda bu əsasda qanunvericiliyin hazırlanması işi sürərtlə davam etdirilir.

Məlum olub ki, qanunvericiliyin hazırlanması Avropalı ekspertlərlə birgə aparılır. “Burda əsas etibarilə fərdi hesablara könüllü sosial sığortalanma vasitəsilə vəsaitlərin toplanması, bu vəsaitlərin maliyyə bazarında yerləşdirilməsi və yerləşdirilməsi üzərində dövlət nəzarəti, həm vəsaitlərin özlərinin, həm də onların yerləşdirilməsindən əldə olunan gəlirin fərdi hesablarda ümumiləşdirilərək vətəndaşların gələcək qeyri-dövlət pensiya təminatlarına yönəldilməsi mexanizmləri əks olunacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm