Kredit və əmanətlər üzrə faiz dərəcələri bəlli oldu
Bizi izləyin

Digər

Kredit və əmanətlər üzrə faiz dərəcələri bəlli oldu

Aprel ayının birinə ölkədə depozit və kredit üzrə orta faiz dərəcələri xarici valyuta ilə 8.75 faiz təşkil edib. Manatla faiz dərəcəsi 8,99 faiz olub.

Publika.az xəbər verir ki, hüquqi şəxslərin depozit və kredit üzrə orta faiz dərəcələri xarici valyuta ilə 4,31 faiz təşkil edib. Manatla orta faiz dərəcəsi 5,85 faiz olub. Fiziki şəxslərin depozit və kredit üzrə orta faiz dərəcələri xarici valyuta ilə 9,62 faiz, manatla 9,71 faiz olub.

Hesabat dövründə kreditlərin faiz dərəcəsi də diqqət çəkib. Keditlər üzrə orta faiz dərəcəsi manatla 14,02 %, xarici valyuta ilə 12,08% təşkil edib. Əvvəlki ayla müqayisədə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsinin artmasına baxmayaraq, dollarla verilən kreditlərin faiz dərəcəsində azalma müşahidə olunub.

Həmçinin hüquqi şəxslər üzrə kreditlərin orta faiz dərəcəsi manatla 9,75%, xarici valyuta ilə 8,84%, fiziki şəxslər üzrə isə manatla 18,39%, xarici valyuta ilə isə 21,42% təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm