Digər
Ağ Ev səfirini geri çağırdı – Qaz uğrunda müharibə isti mərhələyə keçir
Rusiyanın Avropa Birliyinin ona qarşı qaz revanşına
cavab olaraq Yunanıstanı ələ almaq cəhdləri Vaşinqtonda da ciddi
narahatlıq doğurub.
Publika.az xəbər verir ki, ABŞ Afinada səfirini
vaxtından bir il tez geri çağırıb.
Yunan mediasının yazdığına görə, Ağ Ev səfir Devid Pirsin
“uğurlu fəaliyyət” göstərə bilməməsini səbəb gətirib.
Lakin ekspertlərin fikrincə, əsas problem Afinanın başına keçən
solçuların Moskvaya yaxınlaşması və Brüsselin “Qazprom”dan imtina
siyasətinə əngəllər yaratmasdır. Artıq “Türk axını” istiqamətdə
işlər sürətləndirilir. Hətta bu layihənin 2016-cı ilə qədər başa
çatması ehtimalları var.
Brüssel və Vaşinqton isə əsas alternativ olan Azərbaycan qazı
üzərində dayanıblar. Bakıdan başlayaraq Avropada bitən kəmərin
Yunanıstan hissəsinə solçular əngəl törədir.
Ehtimallara görə, “qaz müharibələri” isti mərhələyə keçir.
Qeyd edək ki, iki həftə öncə “The Daily Telefraph” ABŞ-ın Afinaya
xüsusi nümayəndə heyəti göndərəcəyi haqda yazmışdı.
“Birləşmiş Ştatlar Rusiya qazının Avropadan sıxışdırılması
məqsədilə Moskva və Afina arasında boru kəmərinin tikintisi
sazişinə mane olmağa çalışır. Əvəzində Vaşinqton Azərbaycandan
alternativ qaz kəmərinin tikintisində təkid edir. Azərbaycan qazı
Avropa bazarlarını Rusiya asılılığından qurtarmağa kömək edəcək.
ABŞ Rusiyanın Yunanıstanı ələ almasına “cavab atəşi” hazırlayır.
Yaxın günlərdə bu məqsədlə Dövlət departamentinin nümayəndə heyəti
Afinaya yollanacaq. Nümayəndə heyətinə də Beynəlxalq Enerji
Əlaqələri üzrə özəl təmsilçi Amos Hokştayn (Amos Hochstein)
rəhbərlik edəcək”, - deyə nəşr bildirirdi.
Asif Nərimanlı
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR