Sosial ipotekaya ayrılan vəsait azalıb
Bizi izləyin

Digər

Sosial ipotekaya ayrılan vəsait azalıb

Bu ilin mart ayında dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsinə 2,6 milyon manat vəsait ayrılıb.

Publika.az Mərkəzi Banka istinadən bildirir ki, fevral ayında büdcədən bu istiqamətə 3,8 milyon manat yönəldilmişdi. Ötən ilin analoji dövrü ilə müqayisədə büdcədən ipoteka kreditlərinə daha az vəsait ayrılıb. 2014-cü ilin üç ayında bu rəqəm 10 milyon manat təşkil edirdi. Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin məbləği cari ilin birinci ayında 4,2 milyon manat, fevralda 14 milyon manat, martda 20 milyon manat olub. Müvəkkil banklar tərəfindən 40306,0 manat kredit verilib. Kredit üzrə orta faiz dərəcəi 6,76 faiz olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm