OPEK neftə olan tələb proqnozunu artırdı
Bizi izləyin

Digər

OPEK neftə olan tələb proqnozunu artırdı

OPEK 2015-ci il üzrə dünyanın neftə olan tələbat proqnozunu artırıb. Neft hasilatı ölkələr birliyi sutkada 1,7 milyon barelə qarşı 1,8 milyon barel neft tələbatının gözlənildiyini bildirib.

Publika.az xəbər verir ki, bununla bərabər, OPEK təşkilata daxil olmayan ölkələrdə neft hasilatının artım proqnozunu endirib. Əvəzində təşkilata daxil ölkələrin neft tələbi proqnozunu artırıb.

OPEK dünya üzrə ümumi daxili məhsulun artım proqnozunu da aşağı endirib. Təşkilata görə, 2015-ci il üzrə ÜDM 3,4 faiz deyil, 3,3 faizdir.

Bundan əlavə, təşkilat bildirir ki, Amerikada da ümumu daxili məhsul istehsalı azalacaq. 2015-ci il üzrə super dövlətdə ÜDM proqnozlaşdırıldığı kimi, 2,9 deyil, 2,6 faiz olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm