Vahid Əhmədov: “Avropa Oyunlarının siyasi əhəmiyyəti iqtisadi əhəmiyyətindən böyükdür”
Bizi izləyin

Digər

Vahid Əhmədov: “Avropa Oyunlarının siyasi əhəmiyyəti iqtisadi əhəmiyyətindən böyükdür”

“I Avropa Oyunlarına dövlət büdcəsindən 8 milyard manat xərclənməsi ilə bağlı bəzi mətbu orqanlarında yazılanlar həqiqətə uyğun deyil”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. O qeyd edib ki, bu tədbir Azərbaycanın siyasi, iqtisadi nüfuzu baxımdan önəmlidir: “Oyunların iqtisadi əhəmiyyətindən çox, siyasi əhəmiyyəti böyükdür. I Avropa Oyunları Azərbaycanı dünyaya tanıtmaq üçün böyük fürsətdir. Çünki Azərbaycana 50-dən çox ölkədən xeyli sayda idmançı gələcək. Həmin idmançılar gəlib Azərbaycanda gedən prosesləri, inkişafı və real vəziyyəti görəcəklər”.

Millət vəkili aprelin 24-də Türkiyədə keçirilən Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı tədbirləri misal gətirib: “Türkiyə çətin zamanında tədbirin reallaşması üçün müəyyən qədər vəsait xərclədi. Belə siyasi tədbirlər ölkə üçün vacibdir. Ona görə də I Avropa Oyunlarını diqqətdə saxlamalıyıq”.

V.Əhmədov deyib ki, Avropa Oyunları ilə bağlı xaricdən Azərbaycana kifayət qədər turist axını olacaq: “Hər halda, gələn turistlər də burada vəsait xərcləyəcəklər. Bundan əlavə, bilet satışından da müəyyən vəsaitlər əldə olunacaq. Təbii ki, bütün bunlar da Azərbaycan iqtisadiyyatı üçün müsbət rol oynayacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm