• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Astroloji proqnoz - 14 may

  • Digər
  • 14 May 2015 00:03
  • 1 127 Baxış
Astroloji proqnoz - 14 may

QOÇ – Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.

BUĞA – Paxıl və bədxah adamların müdaxilələrinə fikir verməyin. Həqiqətə yaxın olan arzularla yaşayın. Bürcünüzün "hakimiyyətdə" olduğu bu gözəl gündə enerjinizi boş şeylərə görə itirməyin.

ƏKİZLƏR - Saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməyə çalışın.

XƏRÇƏNG – Giley-güzara, kimi gəldi ittiham etməyə vaxt itirməkdənsə, reallığı nəzərə alın. Özünüzə tənqidi yanaşın. Bunu bacardığınız təqdirdə nahardan sonra ruhi rahatlıq hiss edəcəksiniz.

ŞİR – İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.

QIZ - Bu gün ulduzlar məclislərdə iştirakınızdan xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Səhhətinizə fikir verin.

TƏRƏZİ - Gərgin vaxt olsa da, “məsləhətli don gen olar” deyiblər, inandığınız insanların tövsiyələrinə riayət etməklə, sıxıntılarınızı dəf edə bilərsiniz. Başladığınız bütün işlərin məsuliyyətini anlamağa çalışın.

ƏQRƏB - Həftənin bu enerjili günündə yalnız işgüzarlığınızı artırmalısınız. Yeni işlərə başlamaq haqqında sövdələşmələr aparın. Çünki bu addım böyük perspektivlərdən xəbər verir.

OXATAN - Proseslərin inkişafı mənfi istiqamətdə cərəyan edə bilər. Bu səbəbdən bəzi məsələlərdə ehtiyatlı olmalısınız. Günortadan sonra nüfuzlu və etibarlı adamlarla görüşməyiniz vacibdir.

OĞLAQ - İxtiyarınızda olan bu gözəl gün hamıdan çox sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.

SUTÖKƏN - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.

BALIQLAR - Sürprizlərlə dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR