Digər
Üç ayda 6877,5 milyon dollarlıq ticarət aparılıb
Yanvar-mart aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 122 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, 72 ölkəyə əmtəə ixrac olunub. 113 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 21-i Amerika, 35-i Asiya ölkələri və digərləridir.
Üç ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik
məlumatlara əsasən 6877,5 milyon dollar, o cümlədən ixracın həcmi
4449,1 milyon dollar, idxalın həcmi 2428,4 milyon dollar təşkil
etmiş, nəticədə 2020,7 milyon dollarlıq müsbət saldo
yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft
məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli
piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar,
plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi
məhsullarının, idxal olunan məhsulların həcmində isə qida
məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın,
mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri
və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 38,9 faiz artaraq 474,2 milyon dollar təşkil edib.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO