Digər
Sənaye məhsullarının istehsalçı qiymətləri açıqlandı
Aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,4 faiz bahalaşıb.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, aprel ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində metal filizlərinin hasilatı üzrə 4,0 faiz ucuzlaşma, xam neft və təbii qaz hasilatı üzrə 5,4 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə istehsalçı qiymətlərində 2,7 faiz bahalaşma müşahidə olunub.
Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 3,7 faiz, toxuculuq sənayesi, içki istehsalı, elektrik avadanlıqlarının, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,3 faiz ucuzlaşıb. Kimya sənayesi üzrə 25,7 faiz, tütün məmulatlarının istehsalı üzrə 12,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 12,3 faiz, metallurgiya sənayesi üzrə 6,5 faiz, neft məhsullarının istehsalı üzrə 6,1 faiz, qida məhsullarının istehsalı üzrə 4,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 4,1 faiz, mebel istehsalı üzrə 1,8 faiz, geyim istehsalı üzrə 1,4 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, avtomobil və qoşquların istehsalı üzrə 0,7 faiz, poliqrafiya fəaliyyəti üzrə isə istehsalçı qiymətləri 0,6 faiz bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
İqtisadiyyat şöbəsi
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov