Fətulla Hüseynovun oğluna cinayət işi açılıb – VƏKİL
Bizi izləyin

Digər

Fətulla Hüseynovun oğluna cinayət işi açılıb – VƏKİL

Adil Hüseynov hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Bunu Adil Hüseynovun vəkili Kamandar Nəsibov deyib.

K. Nəsibov bildirib ki, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub: "Onun evində axtarış aparıblar, lakin barəsində hələ ki həbs qətimkan tədbiri seçilməyib. Adil Hüseynovun saxlanmasına səbəb Dubayda xarici şirkətlərdən birinin meneceri olmasıdır. Həmin şirkət bankdan kredit götürüb və qaytarmayıb. Ona görə Adil Hüseynovu da saxlayıblar".

Vəkili A. Hüseynovun Beynəlxalq Bankın Dubay filialının rəhbəri olması barədə məlumatsız olduğunu da deyib.

K. Nəsibov A. Hüseynovun aeroportda saxlanması barədə yayılan məlumatların əsassız olduğunu da bildirib.

Qeyd edək ki, A. Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. F. Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm