• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Yeni yaradılan iş yerlərinin sayı açıqlandı

  • Digər
  • 18 May 2015 18:09
  • 449 Baxış
Yeni yaradılan iş yerlərinin sayı açıqlandı

May ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 29,2 min nəfər olub.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 39,1%-i qadınlar olub. İşsizliyə görə müavinətin orta məbləği 248,3 manat təşkil edib. Bakı şəhəri üzə işsizlərin sayı 11 689 nəfər, Abşeron iqtisadi rayonu üzrə 1 836 nəfər, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 878 nəfər olub.

Onu da qeyd edək ki, mayın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 4855,6 min nəfər olub. Onlardan 4618,7 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Cari il aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1507,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 879,2 min nəfər, qeyri-dövlət bölməsində isə 627,8 min nəfər təşkil edib.

Yeni açılan iş yerlərinə gəlincə, komitədən bildirilir ki, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 01 yanvar 2014-cü ildən 01 aprel 2015-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 157,5 min olmaqla 130,0 min daimi iş yeri yaradılıb. 2015-ci ilin I rübü ərzində ölkədə 30 min yeni, o cümlədən 25 min daimi iş yerləri açılıb. Bu dövr ərzində açılmış iş yerlərinin 77,7 faizi qeyri-dövlət sektorunda olub. Yeni iş yerlərinin 68,6 faizi regionların, o cümlədən 19,9 faizi Aran, 14,1 faizi Gəncə-Qazax, 2,3 faizi Naxçıvan, 6,3 faizi, Lənkəran, 4,8 faizi Şəki-Zaqatala, 4,8 faizi Quba-Xaçmaz, 3,0 faizi Yuxarı Qarabağ, 7,0 faizi Abşeron, 5,4 faizi Dağlıq Şirvan, 1,0 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb. Daimi iş yerlərinin 11,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 9,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 79,2 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR