Kreditlərin sığortasında artım qeydə alınıb
Bizi izləyin

Digər

Kreditlərin sığortasında artım qeydə alınıb

Bu ilin 5 ayında sığorta növləri arasında ən ciddi artım kreditlərin sığortasında qeydə alınıb.

Publika.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən bildirir ki, bu növ sığortadan toplanan sığorta haqqı 28,6 dəfə artaraq 306,7 min manat təşkil edib. Bundan başqa, sağalmaz xəstəliklərdən sığortada yığım 7,3 dəfə artaraq 137,2 min manat, peşə məsuliyyətinin sığortasında isə yığımlar 6,9 dəfə artaraq 516,3 min manat olub.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 9,3% artaraq 5,4 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 26,9% artaraq 4,1 milyon manat, səfər sığortasında 52,3% artaraq 768,2 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 1,7% dəfə artaraq 8,9 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 14% artaraq 14,9 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 2,4 dəfə artaraq 11,1 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 12% artaraq 181,6 min manat, avtomobillərin icbari sığortasında isə 21,5% artaraq 22,6 milyon manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 26,6% artaraq 72,1 min manat təşkil edib.

4 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqqı 31,5% azalaraq 203,7 min manata düşüb. Bundan başqa, auditorların peşə məsuliyyətinin icbari sığortasında yığım 30,2% azalaraq 2723 manat, işçilərin dələduzluğu sığortasında yığım 13,4% azalaraq 226,9 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 5,9% azalaraq 21,5 milyon manat, tibbi sığortada 2% azalaraq 37,5 milyon manat, avtomobillərin könüllü sığortasında 7,1% azalaraq 10,6 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 7,1% azalaraq 363,3 min manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm