Keçmiş prezidentin oğlunun evi bombalandı
Bizi izləyin

Digər

Keçmiş prezidentin oğlunun evi bombalandı

Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin oğlunun paytaxt Sənada yerləşən evi vurulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın liderlik etdiyi koalisiyanın təşkil etdiyi hava hücumunda həyatını itirənlər olub.

Hadisə şahidləri bildiriblər ki, Əhməd Əli Abdullah Salehin evdə olub-olmadığı barədə məlumata sahib deyillər. Koalisiya qüvvələri mayın 10-da keçmiş prezidentin evini bombalamış və yaralananlar olmuşdu.

Qeyd edək ki, Yəməndə humanitar yardımın çatdırılması üçün elan olunan 5 günlük atəşkəs razılaşmasının müddəti dünən başa çatıb. Koalisiyanın qırıcıları husi qiyamçıları və Abdullah Salehin tərəfdarlarının mövqelərini bombalamağa başlayıb. Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə xüsusi nümayəndəsi İsmail Vəlid Şeyx Əhməd atəşkəsin ən azı 5 gün uzadılmasını tələb etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm