• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qızılın qramı 40 dollara çatdı

  • Digər
  • 20 May 2015 18:29
  • 666 Baxış
Qızılın qramı 40 dollara çatdı

Dünya birjalarında qızılın qiyməti bahalaşmaqdadır. Qızılın qiyməti 1.9 dollar bahalaşaraq unsiyası 1 208,60 dollar təşkil edib. Bu da 0.16 faiz artım deməkdir.

Publika.az xəbər verir ki, qızılın dünya bazar qiyməti son 1 ayda 3 faizə yaxın artaraq axırıncı yarım ildə ilk dəfə 1200 dollarlıq psixoloji həddi keçib. Hal-hazırda dünya bazarında qızılın 1 qramının qiyməti 39 dollardan baha təklif edilir. Qiymət artımının əsas səbəbi bir sıra inkişaf etməkdə olan ölkələrin öz valyuta ehtiyatlarının bir qismini qızıla keçirməsi ilə bağlıdır.

Bu, qızıl bazarında tələbi artırıb. Analitiklərin fikrincə, son həftələr ABŞ dollarının dünya bazarında zəifləməsi də qızılın qiymətinin sözügedən valyuta ifadəsində yüksəlməsinə təsir göstərib. Eləcə də qlobal valyuta bazarında müşahidə edilən qeyri-müəyyənlik qiymətli daş-qaşlara tələbi artırır. Bu, investorların qızıla yenidən sərmayə vasitəsi kimi baxmasına səbəb olur.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR