Dövlət qulluqçularının sayı açıqlandı
Bizi izləyin

Digər

Dövlət qulluqçularının sayı açıqlandı

Bu ilin birinci rübündə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub. Onların 28,5 faizini qadınlar təşkil edib.

Publika.az xəbər verir ki, dövlət qulluqçularının 3,8 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları üzrə, 76,5 faizi 4-7-ci təsnifatları üzrə və 19,7 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 8,7 faizi 1 ilə qədər, 26,9 faizi 1 ildən 5 ilə qədər, 22,0 faizi 5 ildən 10 ilə qədər, 16,0 faizi 10 ildən 15 ilə qədər, 26,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Qeyd edək ki, dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 16,7 faiz, 30-34 yaşda 14,5 faiz, 35-44 yaşda 22,3 faiz, 45-54 yaşda 25,8 faiz, 55-62 yaşda 16,9 faiz, 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,8 faizini təşkil edib.

4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,3 faizini yerli icra başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 10,7 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,5 faizini baş məsləhətçilər, 4,7 faizini böyük məsləhətçilər, 12,7 faizini aparıcı məsləhətçilər və 20,7 faizi məsləhətçilər olub. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,6 faiz komplektləşdirilib. Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2014-cü ildə 617,6 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm