İran benzini 40 faiz bahalaşdırır
Bizi izləyin

Digər

İran benzini 40 faiz bahalaşdırır

İran hakimiyyəti daxili bazarda benzinin qiymətini 40% qaldırmaq qərarına gəlib.

Publika.az xarici mətbuata istinadən bildirir ki, bu barədə İranın Oil Products Distribution şirkətinin rəhbəri bəyanat verib. O deyib ki, yanacaqdoldurma məntəqələrində adi yanacağın bir litri əvvəlki 0.26 dollar əvəzinə 0.36 dollara satılacaq.

Qiymətləri qaldırmaq qərarı 2016-cı ilin martında bitəcək maliyyə ilinin nəticələrinə görə 1.8 milyard əlavə gəlir gətirə bilər.

Yüksək keyfiyyətli benzinin bir litri 0.43 dollar, dizel yanacağı 0.11 dollar,aviasiya yanacağı isə 0.21 dollar olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm