"Unibank"dan uşaqlar gününə hədiyyə
Bizi izləyin

Digər

"Unibank"dan uşaqlar gününə hədiyyə

1 iyun Uşaqların Beynəlxalq Müdafiə günündə uşaq evində qayğıya ehtiyacı olan uşaqları sevindirmək istəyirsinizsə, Unibank-ın ALBALI PLUS (ALBALI) kart sahibləri üçün Ali&Nino kitab mağazası ilə birgə keçirdiyi aksiya sizin arzunuzu reallaşdıracaq. 30 may- 31 may tarixlərində Ali&Nino kitab mağazalarında yalnız ALBALI PLUS (ALBALI) kart sahibləri üçün alış-verişə 10%-lik endirim edilir.Unibank kampaniya çərçivəsində ALBALI PLUS-la (ALBALI) edilən dövriyyənin bir hissəsini uşaq evinə hədiyyə edəcək. Bu məbləğə kitab, dərs ləvazimatı alınaraq, paytaxtdakı Uşaq evlərindən birinə hədiyyə olunacaq. Siz də həm sərfəli qiymətə kitab, məktəb ləvazimatları almaq, həm də alış-verişinizlə Unibank-ın sosial aksiyasına qatılaraq uşaqları sevindirmək istəyirsinizsə, o zaman Ali&Nino kitab mağazalarına buyurun.

Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, unibank.az , albali.az saytlarından, “Albalı Plus” mobil əlavəsindən və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

ALBALI PLUS - arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm