Günəş enerjisi ilə uçan təyyarədən yeni XƏBƏR
Bizi izləyin

Digər

Günəş enerjisi ilə uçan təyyarədən yeni XƏBƏR

Dünya ətrafındakı səyahətini günəş enerjisi ilə reallaşdıran Solar Impulse 2 təyyarəsi tarixi dünya turunun yeddinci dayanacağı olan Havaya çatmaq üzrə növbəti uçuşuna başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 5 gün davam edəcəyi gözlənilən uçuş Sakit okeanın üzərindən həyata keçiriləcək.

“Solar Impulse 2” tarixi dünya turuna 9 martda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidən başlayıb. Dünya turu boyunca Oman, Hindistan, Birma və Çinəuçan“Solar Impulse 2”pis hava şərtləri ilə əlaqədar səyahətinə 2 aylıq fasilə vermişdi.17 min günəş paneli ilə çalışan “Solar Impulse 2” təyyarəsi 5 günlük səyahəti zamanı 8 min 175 kilometr uçacaq.

Təyyarə Abu-Dabiyə qayıtmadan əvvəl Avropa və ya Şimali Afrikada son fasiləsini verəcək.“Solar Impulse 2” dünya turunun tamamlanması ilə dünyanın ətrafında yalnız günəş enerjisi ilə səyahət edən ilk təyyarə olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm