“Azmediaface”lə bağlı məhkəmə keçiriləcək - QƏRAR
Bizi izləyin

Digər

“Azmediaface”lə bağlı məhkəmə keçiriləcək - QƏRAR

“Gündəlik Teleqraf” media qrupunun baş direktoru Aynur Camalqızı “Azmediaface” səhifəsi barədə hüquq mühafizə orqanlarına müraciət edib.

Publika.az-ın məlumatına görə, artıq bununla bağlı 12 iyun tarixində fakt üzrə Binəqədi Rayon Məhkəməsində prosesin birinci iclası keçiriləcək.

Xatırladaq ki, “Azmediaface” səhifəsi “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızını təhqir edən statuslar paylaşır. “Azmediaface” səhifəsinə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, paylaşımlar yığışdırılmayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm