• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Bakcell" Bethclip və Xercim.az mobil tətbiqlərini təqdim edir

  • Digər
  • 8 İyun 2015 17:17
  • 315 Baxış
"Bakcell" Bethclip və Xercim.az mobil tətbiqlərini təqdim edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 2014-cü ilin sentyabr ayında start verilmiş “AppLab” innovativ mobil developer layihəsinin ilk iki məzun komandası tərəfindən yaradılmış mobil tətbiqləri böyük məmnuniyyətlə təqdim edir.

Birinci mobil tətbiq Bethclip adlanır (https://bethclip.com). Bethclip istənilən kontenti (mətn, şəkil, media, fayl) istənilən platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə bir kliklə ani olaraq köçürmək imkanı yaradır.

Bethclip mobil tətbiqini Android platformalı cihazlar üçün Google Play Store daxil olaraq https://play.google.com/store/apps/details?id=com.bethclip.android linkindən, Apple Store-dan isə https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022 linkindən yükləmək olar. Mübadilə buferinin ani sinxronlaşdırılması xassəsinə malik olan bu tətbiq gündəlik işlərimizə rahatlıq və komfort gətirə biləcək birklikli inqilabi həllərdən biridir.

Gənc məzunlar komandası tərəfindən təqdim olunan daha bir maraqlı ideya xərcim.az mobil tətbiqidir (Http://xercim.az). Xərcim.az layihəsi hal-hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə loyallıq sistemlərini bir yerdə toplayaraq, həmin sistemlər, istifadəçilərə verilən üstünlüklər, xüsusi və toplu təkliflər, qənaət etmə yolları və tərəfdaşlar haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır. Xərcim.az mobil tətbiqini Google Play Store daxil olaraq https://play.google.com/store/apps/details?id=az.xercim yükləmək olar.

“AppLab” ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirmələrinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqlərini yaratmalarına kömək edən effektiv alətlərin təmin edilməsidir.

“Belə bir qısa müddət ərzində Applab layihəsinin ilk bəhrələrini görmək bizim çox xoşdur. Dünya üzrə smartfon bazarının artım templəri ilə bərabər mobil tətbiqlərin istifadəsi də artmaqdadır. Azərbaycan bazarında smartfon istifadəçilərinin artan tələbatlarını təmin etmək üçün Bakcell developerlərə dəstək məqsədini daşıyan Applab layihəsini təqdim edib. Bununla yanaşı, bu yaxınlarda Bakcell şirkəti öz Rouminq və Ulduzum mobil tətbiqlərini də istifadəyə verib və bu tətbiqlər yerli bazarda ən çox istifadə olunan tətbiqlərin ilk 10-luğuna daxildir. Biz inanırıq ki, Bakcell şirkətinin dəstəyi ilə yaradılan Bethclip və xercim.az tətbiqləri çox uğurlu olacaq və yaxın gələcəkdə biz daha çox Applab layihələrini təqdim edə biləcəyik”, “Bakcell” şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

2014-cü ilin sentyabr ayından indiyə kimi Applab layihəsində iştirak etmək üçün 102 ərizəçi qeydiyyatdan keçib. Seçilmiş 56 namizəd arasından təqdim olunmuş 25 ideyadan 15-i Applab İdarə heyəti tərəfindən bəyənilib və onlardan 6-sı proqramda iştirak etmək hüququnu qazanıblar.

Layihə çərçivəsində gənc proqramçılar Bakcell şirkətinin Sahil ofisində istifadəyə verilmiş Bakcell/Qualcomm Applab ofisindən istifadə edərək, pulsuz internet, ofis və təlimlər üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsullarını sınamaq üçün ən müasir mobil telefon və planşetlərdən yararlanırlar.

Bakcell və Qualcomm şirkətləri tərəfindən təşkil olunmuş ekspertlər komandası gənc proqramçıları lazımi konseptual, dizayn və kommersiyalaşdırma yönümlü vərdiş və biliklərlə təmin edərək, onların yaratdıqları mobil tətbiqlərin yerli və beynəlxalq bazarlarda tanıtdırılmasına kömək edir.

AppLab layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini bu ünvana göndərməlidirlər: applab@bakcell.com

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR