• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İqtisadçı ekspert ipoteka qanunvericiliyinə dəyişiklik təklif edir

  • Digər
  • 10 İyun 2015 19:51
  • 394 Baxış
İqtisadçı ekspert ipoteka qanunvericiliyinə dəyişiklik təklif edir

“İpoteka krediti təklif edən bankların əksəriyyəti bu aydan ilkin ödəniş məbləğini artırmaqla risklərini sığortalamağa çalışırlar”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, əgər əvvəllər adi və sosial ipoteka krediti təklif edilən zaman mənzil qiymətinin 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi bu göstərirci əksər banklarda ən azı 2 dəfə artırılıb: “İpoteka krediti götürmək istəyənlərdən alınan evin qiymətinin ən azı 40 faizi həcmində ilkin ödəniş tələb edilir. Banklar ilkin ödəniş məbləğini artırmaqla xüsusən də bu ilin fevralında baş verən develvasiyadan sonra risklərini minimumlaşdırmağa çalışırlar. Risk menecment baxımdan bankların mövqeyini anlayışlı qarşılamaq olar. Amma məsələ ondadır ki, ipoteka proqramı sosial təşəbbüs olduğu üçün burada risklərin idarəedilməsi ilə yanaşı aztəminatlı ailələrin mənzil probleminin həllinə yardımçı olmaq əhəmiyyətlidir. Xüsusən də dövlət büdcəsindən ayrılan vəsaitlə təklif olunan sosial ipoteka kreditləri təqdim edilən zaman bankların yüksək məbləğdə ilkin ödəniş tələb etməsini anlayışla qarşılamaq mümkün deyil”.

İqtisadçı bildirir ki, adi ipoteka istiqrazları yerləşdirilən Dövlət İpoteka Fondunun öhdəlikləri milli valyuta ilə olduğundan bankların manatla verilən kreditlərin gələcək dəyərindən ehtiyatlanması qəbuledilən deyil: “Praktik olaraq, ilkin ödəniş məbləğinin artırılması aztəminatli ailələrin ipoteka proqramından faydalanmasında çətinliklər yaradır. Bu o deməkdir ki, 60 min manatlıq mənzil almaq istəyən şəxs ən azı 24 min manat ilkin ödəniş etməlidir. Razılaşaq ki, bu məbləğdə ödəniş etmək heç də çox ailələr üçün asan deyil. Bəs, problemi necə həll etməli? Aydındır ki, özəl bankların risk menecement siyasətinə inzibati müdaxilə arzuolunan deyil. Çünki, riski paylaşan və öhədliklərə nəzarət edən bütün hallarda banklar olduğu üçün maliyyə məsuliyyətini də özləri daşıyırlar.

Amma həm adi, həm sosial ipoteka kreditlərinin bankların daxili yox, qismən deyil hətta bütövlükdə kənar mənbələr hesabına təklif edildiyi üçün Mərkəzin Bankın prosesə müdaxiləsi nəinki mümkündür, hətta vacibdir. Bu baxımdan, ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi və ilkin ödənişlər üçün minimum deyil, maksimum limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. Yəni, Mərkəzi Bank “qiymət tavanından” istifadə etməklə prosesi tənzimləyə bilər. Bu zaman, qanunvericiliyə edilən dəyişikliklə sosial ipoteka kreditləri üçün maksimum 20, adi ipoteka kreditləri üçün isə ən çox 25 faiz ilkin ödənişin tələb edilməsi müəyyənləşdirilə bilər. Bu halda əgər alınan evin qiyməti 60 min manatdırsa o zaman banklar ilkin ödəniş məbləği üçün ən çoxu 12 min manat tələb edə bilərlər.

Bu zaman isə, banklar artıq qanunla müəyyənləşdirilən faiz limitindən artıq ilkin ödəniş tələb edə bilməyəcəklər. Adi ipoteka kreditləri üzrə faiz dərəcələrinin ölkə üzrə infilyasiya səviyyəsindən çox olduğunu nəzərə aldıqda banklar sözügedın ipoteka kreditlərini təklifllər etməklə bu proqram üzrə gəlirlik səviyyəsini saxlaya biləcəklər. Eyni zamanda, qanunvericiliyə uyğun olaraq, Dövlət İpoteka Fondunun yanında İpoteka Zəmanət Fondunun formalaşdırılması və aztəminatlı gənc ailələr üçün ilkin ödəniş məbləğinin sözügedən fond tərəfindən qarşılanmasına da ehtiyac var”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR