Digər
5 ayda 9,5 milyard manatlıq alış-veriş edilib
Yanvar-may aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 9,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çox əmtəə satılıb.
Publika.az xəbər verir ki, satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 1,2 faiz bəndi artıb.
Cari ilin ilk beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-may aylarına nisbətən 1,9 dəfə artaraq 4,9 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,5 faizini qeyri-ərzaq malları təşkil edib.
Yanvar-may aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 372,4 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 158,9 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 213,5 milyon manat təşkil edib.
İqtisadiyyat şöbəsi
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı