• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yeni tikililərdə evlər bahalaşdı

  • Digər
  • 11 İyun 2015 20:15
  • 504 Baxış
Yeni tikililərdə evlər bahalaşdı

İlkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti bahalaşıb.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Nüsrət İbrahimov deyib ki, “pod moyak” yaşayış mənzillərinin kvadratmetri 1066 dollardan 3.75% artaraq 1106 dollara yüksəlib. Milli valyuta ilə isə ay ərzində 1117 manatdan 1159 manata çatıb: “May ayında qiymət indеksində 0.22 bənd artım müşahidə еdilib. İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini kvadratmetri 1000 dollara qədər olan ucuz mənzillər təşkil edib. Bu da ümumi portfelin 52.6%-nə bərabər olub. Kvadratmetrinin qiyməti 1000-1600 dollar arasında olan orta mənzillərə düşən pay isə 37.5%-dir. Qeydə alınan orta bazar qiymətləri müvafiq olaraq 766 dollar və 1200 dollardır. Ümumi təklif portfelinin qalan 9.9%-nin isə qiyməti 1600 dollardan yuxarı olan bahalı mənzillərdir. Burada qeydə alınan orta qiymət kvadratmetrə görə 2145 dollardır”.

N.İbrahimov deyir ki, hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edib. 3 rayonun ümumi təklif portfelindəki payı 63.9%-ə bərabər olub: “İlkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 5 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Səbail rayonunda, “Sahil” metro stansiyası yaxınlığında yerləşən 265 kv.m sahəyə malik, tam təmirsiz mənzilin kvadratmetrinin satışa təklif olunan qiyməti 3200 dollar təşkil edib”.

Mütəxəssisin sözlərinə görə, ən ucuz mənzil aprel ayında da olduğu kimi, Masazır qəsəbəsində qeydə alınıb: “Üson ayda bаzаrdа təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi 0.2% artaraq 119.45 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 55.41, iki otaqlı 88.57, üç otaqlı 134.2, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 186.0 və 250.6 kv.m olub. Hər növ mənzillərin sayında artım qеydə alınıb. Təklif üzrə ən çoх artım 2 otaqlılarda qеydə alınıb (42.5%). Bir otaqlıların sayında 26%, üç və dörd otaqlıların sayında isə müvafiq olaraq 4.6% və 9.7% artım qeydə alınıb”.

Məlum olur ki, ay ərzində Nərimanov, Abşeron, Nəsimi və Xətai rayonlarında qiymət artımı (3.3%, 2.3%, 2.2% və 3.3%) qеydə alınıb. Mayda ən çoх qiymət azalması isə Binəqədi, Nizami və Səbail rayonlarında (-8.2%, -3.9% və -4.1%) müşahidə edilib: “Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1106 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 58.3%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.6, orta sahə göstəricisi 119.45, hər otağın orta satış qiyməti 57864 dollar, mənzilin orta qiyməti isə 150448 dollar təşkil еdib”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR