• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanlı kəşfiyyat generalı da azadlığa çıxır -Şok qərar - YENİLƏNDİ

  • Digər
  • 6 Mart 2014 19:04
  • 2 089 Baxış
Azərbaycanlı kəşfiyyat generalı da azadlığa çıxır -Şok qərar  - YENİLƏNDİ

Türkiyə Prezidenti Abdullah Gül "Ergenokon", "Balyoz, KCK, "İnqilab qərargahı", Oda TV kimi məhkəmə işlərə görə, gündəmə gələn xüsusi səlahiyyətli məhkəmələrlə (ÖYM) Terorla Mücadilə qanunun 10.maddəsinə görə ağır cəza məhkəmələrini aradan qanunu təsdiqləyib. Qanunla görə bu qanuna görə vəzifəsini yerinə yetirdiyinə görə həbs edilənlərin həbs müddəti 10 ildən 5 ilə endirilib. Xüsusi səlahiyyətli prokurorların apardığı istintaq işləri Baş prokurorluluqlarına verilib.

Qeyd edək ki, bu qanunla sabiq Baş qərargah rəisi İlker Başbuğ da azadlığa çıxacaq. Onunla yanaşı Ergenokon davasında 5 ildən artıq həbsdə olan Alparslan Arslan, Oktay Yıldırım, Mehmet Demirtaş, Muzaffer Tekin, Fikret Emek, Ergün Poyraz, İsmail Yıldız, azəriəsilli kəşfiyyat generalı Veli Küçük, Mehmet Fikri Karadağ, Kemal Kerinçsiz, Sevgi Erenerol, Zekeriya Öztürk, Doğu Perinçek, Hikmet Çiçek, Hasan Atilla Uğur, Durmuş Ali Özoğlu, Tuncay Özkan, Ataman Yıldırım, Levent Göktaş, İbrahim Şahin, Mustafa Dönmez, Levent Ersözün də haqlarındakı qərarın qüvvədən düşməsi və azadlığa çıxması gündəmə gələcək.

Asif

17.04

İlker Başbuğ azadlığa çıxır

Türkiyə Konstitusiya məhkəməsi sabiq Baş Qərargah rəisi, hazırda Silivri həbsxanasında olan İlker Başbuğla bağlı qərar qəbul edib.

Publika.Az türk mediasına istinadın xəbər verir ki, məhkəmə İ. Başbuğun azadlıqdan məhrum edilməsinin əsassız olması ilə bağlı iddiasının yerli məhkəmələr tərəfindən lazımı formada araşdırılmadığı qərarını verib.

Qərara görə, orgeneralın həbsinin davam etməsi şəxsin azadlıq və təhlükəsizlik haqlarının tapdanmasıdır.
Konstitusiya Məhkəməsi lazımi işlərin görülməsi və İ. Başbuğun azad olma tələbinin təmin edilməsi ilə bağlı qərar vermək üçün yenidən məhkəməyə göndərilməsini qərara alıb.

Beləliklə, orgeneral azadlığına qovuşacaq. Belə ki, Türkiyə Konstitusiyasının 19-cu maddəsinin 8-ci bəndindən deyilir ki, “Hər nə səbəblə olursa olsun, azadlığı məhdudlaşdırılan şəxs qısa zamanda onunla bağlı qərarın verilməsini və bu edilmədikdə qanuna zidd olduğu üçün sərbəst buraxılmasını təmin etmək məqsədilə məhkəmədə iddia qaldırmaq haqqına sahibdir”.

Konstitusiya Məhkəməsinin qərarında deyilir: "Vəkilin aşağı məhkəmə instansiyasında qaldırdığı vəsatətə baxılmaması fərdi azadlıq və təhlükəsizlik hüququnun pozulması kimi qiymətləndirilir".

Qeyd edək ki, İlkər Başbuğ Böyük Millət Məclisi sədri Bülənt Arınça qarşı hazırlanan sui-qəsdin təşkilatçılarından biri kimi həbs olunmuşdu. “Ergenekon” adı alan məhkəmə prosesində ordunun bir çox yüksək rütbəli zabitləri hakimiyyətə qarşı qiyam qaldırmaq cəhdlərində ittiham olunurdu. 2013-cü il avqustun 5-də İstanbul 13-cü Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə Başbuş ömürlük azadlıqdan məhrum edildi. O, 26 aydır Silivri həbsxanasında saxlanılır.

Xatırladaq ki, 70 yaşlı sabiq ordu generalı 2010-cu ildə istefaya getmişdi.

İ. Başbuğ günün birinci yarısında mediaya müsahibəsində (http://publika.az/p/9593) onun haqqında qaldırılan iddialar, Türk Silahlı Qüvvələrinə qarşı camaatın planları və bir çox gizli məsələləri açıqlayıb.

Asif

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR