"O, dahidir; o, dəlidir; o, vəhşidir"
Bizi izləyin

Digər

"O, dahidir; o, dəlidir; o, vəhşidir"

“33” lahiyəsində növbəti qonağımız Hollivudun ən sevilən və istedadlı simalarından biri, hələ 17 yaşından kamera qarşısına keçən, 25 yaşında “Titanik” filmində yaratdığı Cek obrazı ilə dünya şöhrəti qazanan, və nəhayət 11 ildir “Oskar” lənətini qıra bilməyən Leonardo Di Kapriodur.

Leonardo Di Kaprio: 39 yaş, aktyor, prodüsser, xeyriyyəçi. Özünü yaraşıqlı hesab edir, ancaq nsanların niyə onu həmişə mavi kimi qələmə vermək istədiyini anlamır.

“Şikaytlərdən qurtulmaq üçün heç olmasa bircə dəfə Afrikaya getməlisiniz. Mən Afrikada xeyli vaxt keçirməli olmuşam və insanların hansı problemlərlə üzləşdiyinin öz gözlərimlə görmüşəm.Oradan qayıdandan sonra isə anladım ki ,ətrafımdakı insanları narahat edən problemlərin heç biri haqda eşitmək belə istəmirəm”

Onun bütöv adı Leonardo Vilhelm Di Kapriodur

Əqrəb bürcündən olan Leo noyabrın 11-də yubileyini, 40 yaşını qeyd edəcək

Anası ona bu adı məşhur İntibah dövrü rəssamı Leonardo Da Vinçinin şərəfinə qoyub. Hamilə olan İrmelin həyat yoldaşı Corcla birlikdə Florensiyadakı şəkil qalereyasında məhz Da Vinçinin əsəri qarşısında dayananda ürəyi tez-tez döyünməyə başlayıb və ana bətnində olan Leo hərəkət edib. Anası bunun bir işarə anlayıb.

10 yaşı olanda reklam agentliyindəki oğlan ona adını dəyişməyi və Lenni Uilyams olmağı təklif edib. Xoşbəxtlikdən Leo bu təkliflə razılaşmayıb və bu ad uğurunun bir parçası olub.

Los-Ancelesdə doğulan Leonun valideynləri onun 1 yaşı olanda boşanıblar və Leo anası ilə qalıb

Di Kaprionun damarlarında italiyan, alman və rus qanı axır. Ana nənəsi Yelena Stepanovna SSRİ-dən Almaniyaya mühacirət edib və soyadını dəşiyib

Rusiya prezidenti Vladimir Putinlə görüşdə Di Kaprio ana babasının da rus olduğunu və bununla qürur duyduğunu deyib

Kasıblıqdan qurtulmaq və pul qazanmaq üçün aktyor olmaq istəyib

“Seeds Elementary School” məktəbində təhsil alıb. Az sonra “Los Angeles Center for Enriched Studies” universitetinə qəbul olub və burada 4 il oxuyub.

Uşaq vaxtı bir neçə ləqəbi olub. Pis qiymətlərinə görə sinif yoldaşları onu “tormoz”, uzun saçlarına görə isə “əriştə” deyə çağırıblar

Məktəbə nifrət edirəm. Orada sizi istəmədiyiniz, sevmədiyiniz şeyləri belə oxumağa məcbur edirlər”

Leonun 3 yaşı olanda atası onu məşhur uşaq verilişinə aparıb. Bu Leonun kamera qarşısında ilk imtahanı olub

Yeniyetmə illərində 30-dan çox reklam çarxında, “Santa Barbara”, “Lessinin yeni macəraları” və “Rozanna” kimi seriallarda epizodik rollar oynayıb

17 yaşında Robert de Niro kimi peşəkarla kamera qarşısına keçib və “Bu oğlanın həyatı” filmi ona ilk uğuru qazandırıb

1993-cü ildə Conni Deplə bir filmdə əqli cəhətdən qüsurlu Arni obrazı ilə tənqidçilərin müsbət rəyini alıb, “Qızıl qlobus” və “Oskar” mükafatına namizəd olub

Hollivudda ən yaxın dostu uzun illərdir münasibət saxladığı və hamının "Hörümçək adam" kimi tanıdığı aktyor Tobi Maquayrdır

Baza Lurmanın “Romeo+Cülyetta” filmi Leonun gəlir gətirən və çoxsaylı mükafatlar qazanan ilk filmidir

Şekspir romanının motivləri əsasında hazırlanan filmdə Romeonun Cülyettanın məzarı üstündə monoloqu o qədər canlı alınıb ki, Cülyetta rolunun ifaçısı Kler Deyns göz yaşlarını zorla saxlaya bilib

40 ildən çoxdur Şekspir Kral gildiyasının üzvü olan aktyor Ben Kinqsli Di Kaprionu Romeo rolunun ən yaxşı ifaçısı adlandırıb

1997-ci il dünya kinomatoqrafiyası üçün “Titanik” ili adlanır. 11 Oskar qazanan bu film Di Kaprioya inanılmaz şöhrət qazandırıb. Maraqlısı budur ki, əvvəlcə Leo bu roldan imtina edib

Ceyms Kameronun digər filmi “Avatar” ekranlara çıxana qədər “Titanik” kino tarixinin ən çox gəlir gətirən film titulunu qoruyub saxlaya bilib

Cek roluna görə “Oskar” qazana bilməyəndən sonra aktyorun 200 mindən çox pərəstişkarı etiraz əlaməti olaraq Amerika Kino Akademiyasına müraciət edib

“Titanik”dən sonra Di Kaprio məşhur “20lər” klubuna daxil ola bilib. O, bir filmə görə 20 milyon dollar qonorar alan azsaylı aktyorlardan birinə çevrilib

Bu film ona dünya şöhrəti gətirsə də aktyor bu məşhurluqdan tez yorulub: "Titanik mənim həyatımı cəhənnəmə çevirdi.Düzdür, məni məşhurlaşdırdı, amma mən bu məşhurluğun altında əzildim. Özümü hamıdan üstün tutub bütün dostlarıma pis davrandım,onlara qarşı hörmətsizlik edib alçaltdım. Bir dostum belə qalmamışdı. Bir az zaman keçdikdən sonra anladım ki,dostsuz şöhrət bir heçdir və şükürlər olsun ki, zamanla bütün dostlarımı geri qazandım. Amma hələ də bu səhvimi bağışlaya bilmirəm. Buna görə də heç vaxt Titanik haqqında danışmaq istəmirəm”

1997-ci ildə Di Kaprio “People” jurnalı tərəfindən dünyanın ən yaraşıqlı 50 adamından biri olub

2000-ci ildə ekranlara çıxan “Çimərlik” filminin çəkilişləri zamanı Leo batmaq təhlükəsi ilə üzləşib

Di Kaprionun ən sevimli filmi “Xaç atası”dır

2002-ci ildə “Nyu-York bandaları” filminin çəkilişləri zamanı Leo qız pərəstişkarlarının ucbatından bir neçə gün otel otağını tərk edə bilməyib

Dostları arasında Leonardo rejissor Ceyms Kameronu və Maykl Ceksonu parodiya etməyi sevir

“Basketbolçunun gündəliyi” filmində 16 yaşlı narkotik istifadəçisi Kerrolu canlandıran Leonun bu rolu xeyli mübahisələrə səbəb olub. Belə ki, həmin ildə Kentukidəki məktəbli Uest Paduk 8 sinif yoldaşını güllələyib və ifadəsində Di Kaprionun qəhrəmanından təsirləndiyini deyib. Valideynlər filmin yaradıcı heyətini məhkəməyə verib

Ən böyük arzularından biri kinoda İosif Stalini canlandırmaqdır. Ancaq aktyorun sözlərinə görə, ürəyincə olan ssenari yoxdur

“Nyu-York bandaları” filminin çəkilişləri zamanı hər şeyin canlı olmasını istəyən Skorseza Kameron Diaza Leonun həqiqətən sillələməyi tapşırıb. “Kameronun əli ağırdır. İkinci dubldan sonra mən artıq üzümü hiss etmirdim”.

Di Kaprionun fikrincə, onun mənfi cəhətləri əsəbi və kəmhövsələ olması, bir də dırnaqlarını yeməsidir. Əla yumor hissi isə onun ən müsbət cəhətidir.

Uşaq vaxtı okeanoloq olmaq, delfinlərin və balinaların orqanizmini öyrənmək istəyib

Ən yaxın dostu anasıdır və Leo yalnız onun üçün bahalı hədiyyələr və brilliant zinyət əşyaları alır. Seçdiyi qızlar mütləq anasının razılığını almalıdır və Di Kaprio hələ də anasına bənzəyən qızın axtarışındadır

Leo sevgi münasibətlərini mətbuatdan gizlətməyə çalışsa da 5 il sevgili olduğu braziliyalı model Jizel Byundhenlə əlaqəsi dünyanın diqqət mərkəzində olub

Jizeldən ayrılandan sonra Di Kaprio yəhudi model Bar Rafaellə eşq yaşayıb. 2010-cu ildə cütlük evlilik hazırlıqları görsə də tezliklə ayrılıblar

Evlənmək istəmir. Kifayət qədər müstəqil insan olan Leo heç kimə hesabat vermək istəmir

Uzunsaç, hündür və qamətli qızları sevir. Buna görədir ki, sevgililəri çox vaxt modellər olur. Ötən ilin mayından almaniyalı model Toni Qarrnla görüşür

6 dəfə “Oskar”a namizəd olub, ancaq hələ də qazanmayıb.

Ən sevdiyi əsər və müəllif Ernest Heminqueyin “Qoca və dəniz” povestidir

Keyt Uinslet Di Kaprionun “Titanik”in çəkilişləri zamanı ona hədiyyə etdiyi üzüyü heç vaxt barmağından çıxartmır.

Leo 6 rəqəminə nifrət edir və onun sirrli olduğunu düşünür. Di Kaprio heç vaxt bu tarixdə mühim qərarlar vermir, futbol oynayanda bu nömrə altında çıxış etmir. Bir dəfə ona yeni film ssenarisi təqdim olunub. Ancaq tərslikdən ssenari ona ayın 6-sı və saat 6-da verilib və Leo təklifdən imtina edib.

Şayiələrdən qorxduğu üçün kişilərlə dostluq etməkdən qorxur. Leo “Mən gey deyiləm” deməkdən artıq yorulub

Ətraf mühit və heyvan hüquqlarının müdafiəçisi olan Di Kaprio hər il bu sahəyə milyonlarla dollar xərcləyir

Di Kaprio üç şeydən qorxur: köpək balığı, yadplanetlilər və qlobal istiləşmə

Siyasətlə maraqlanmır və heç bir siyasi iddiası olmadığını deyir. Siyasi iddiası olan adamlardan isə uzaq olmağa çalışır. Ancaq Amerikanın Əfqanıstan və İraqa hərbi müdaxiləsini qınayıb

3 il əvvəl Vladimir Putinlə görüş zamanı Rusiya lideri Di Kaprionun əsl kişi adlandırıb

Bu günə qədər Leonardo 17 filmə prodüserlik edib

Meril Strip Leo haqqında “O-dahidir, o-dəlidir, o-vəhşidir” deyib

Boyu 1 metr, 85 santimetrdir və Di Kaprio həmişə uca boyu ilə öyünür

Leo rep dinləməyi sevir. 50 Cent onun sevimli reperlərindən biridir

Həmişə həqiqətə can atdığını deyir

Leyla İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm