Ahmet Sever: "Gül Ərdoğandan çox inciyib"
Bizi izləyin

Digər

Ahmet Sever: "Gül Ərdoğandan çox inciyib"

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün baş sözçüsü Ahmet Severin müəllifi olduğu “Abdullah Gül ile 12 yıl” (“Abdullah Güllə 12 il”) adlı kitabı satışa çıxarılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, kitabda Abdullah Gül ilə indiki prezident Rəcəb Tayyib Ədoğan arasında olan münasibətlərin son illər qırıldığı və bir-birinə rəqib olduğu qeyd olunur.

Kitabda yazılan digər maraqlı məqam isə Ərdoğanın siyasətdə Abdullah Gülün qarşısını hər zaman kəsməsi iddiasıdır: "Abdullah Gül Ərdoğandan çox inciyib. Çünki Ərdoğan hələ baş nazir olduğu dönəmdə Abdullah Gülü kiçiltməyə çalışırdı. Abdullah Gülün prezidentlik müddəti başa çatandan sonra, yaxşı baş nazir də ola bilərdi. Ancaq buna şərait yaradılmadı".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm