TAP-ın dəniz hissəsinin tikintisi üçün tender elan edilib
Bizi izləyin

Digər

TAP-ın dəniz hissəsinin tikintisi üçün tender elan edilib

Trans-Adriatik boru kəmərinin inşası üzrə konsorsium qaz kəmərinin dəniz hissəsinin tikintisi və boruların tədarükü üçün tender elan edib.

Publika.az xəbər verir ki, dəniz sahəsinin üzünluğu 105 km-dir. TAP sahəsinin inşa ediləcək dəniz hissəsinin maksimal dərinliyi 820 metrdir.

Tender Albaniya və Cənubi İtaliya arasında 36 düymlük boru kəmərinin layihələndirilməsi, tədarükü və inşası üçün EPC-müqaviləsinin verilməsi üçün aparılır. Bundan əlavə, Albaniya və İtaliyanın dəniz qurğularının birləşdirilməsi üçün tikinti işlərinin aparılması və dəniz dibinin öyrənilməsi nəzərdə tutulur. TAP konsorsiumu dəniz hissəsinin çəkilməsi üçün EPC-müqaviləni 2015-ci ilin sonuna qədər imzalamağı planlaşdırır ki, 2016-cı ilin mayında tikinti işlərinə başlasın.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm