19,4 milyon ton neft nəql olunub
Bizi izləyin

Digər

19,4 milyon ton neft nəql olunub

Cari ilin 6 ayında magistral neft kəmərləri ilə 19,4 milyon ton neft nəql edilib. Nəqletmənin 76,7 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 14,9 milyon ton neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3 milyon ton tranzit Türkmənistan nefti nəql edilib.

Magistral qaz kəmərləri ilə 9,8 milyard kubmetr qaz nəql olunub. Qazın nəqlinin 30,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3 milyard kubmetr qaz ötürülüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm