SOCAR Georgia fəlakətdən ziyan çəkənlərə 50 min lari vəsait ayırıb
Bizi izləyin

Digər

SOCAR Georgia fəlakətdən ziyan çəkənlərə 50 min lari vəsait ayırıb

İyunun 13-14-də Tbilisidə baş verən daşqının nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdə SOCAR Energy Georgia şirkəti də fəal iştirak edir.

Publika. az şirkətə istinadən xəbər verir ki, SOCAR Energy Georgia zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari vəsait ayırıb. Bundan əlavə Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin olunub. Şirkətin rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir.

Iqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm