Avtomobil idxalı 60 faiz azalıb
Bizi izləyin

Digər

Avtomobil idxalı 60 faiz azalıb

May ayında yanvar-aprel ayları ilə müqayisədə mal əti idxalı 35,9 faiz, kərə yağı, digər süd yağları və pastaları 45,5 faiz, kartof 27,1 faiz, təzə tərəvəz 1,5 faiz, təzə meyvə 6,2 dəfə, buğda 83,9 faiz, polietilen 2,1 faiz, avtobus idxalı isə 2,6 dəfə artıb.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bitki yağları 8,3 faiz, xam şəkər və şəkər 30,4 faiz, sement klinkerləri və sement 66,9 faiz, mineral gübrələr 38,2 faiz, məişət kondisionerləri 32,6 faiz, məişət soyuducuları 5,9 faiz, paltaryuyan maşınlar 38,6 faiz, minik avtomobilləri 50,9 faiz, yük avtomobillərinin idxalı isə 74,1 faiz azalıb. 2015-ci ilin yanvar-aprel aylarında ölkəyə 11740 ədəd minik avtomobili, 393 ədəd avtobus, 645 ədəd yük avtomobili idxal olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm