Səlim Müslümov qalib taekvondoçumuzdan danışdı
Bizi izləyin

Digər

Səlim Müslümov qalib taekvondoçumuzdan danışdı

Azərbaycan taekvondoçusu Ayxan Tağızadənin yarımfinal döyüşünü izləyən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idmançımızın qələbə döyüşü barədə təəssüratını Publika.az-la bölüşüb.

Onun sözlərinə görə, A.Tağızadənin qələbəsinə hər kəs sevindi: “Ayxan Tağızadənin həm taktikası, həm özünü gözləməsi və hücumları həqiqətən qürurverici idi. Yarımfinalda gənc taekvondomuzun çıxışı hər kəsi sevindirdi. Allahın köməkliyi ilə final yarışında onun qalib olması uğrunda hamı bir yerdə 10 dəqiqə ərzində idmançımızı alqışlayıb, səsimizi ucaldacağıq”.

Mingəçevirdə avarçəkmə yarışlarını da izlədiyini söyləyən nazir qeyd edib ki, paytaxtla yanaşı Mingəçevirdə də böyük fanat ordusu vardı. Allaha şükürlər olsun medal sayına görə 2-ci yerdəyik: “İdmançılarımızın nəticələri ilə qürur hissi duyuruq”.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Ayxan Tağızadə (68 kq) rusiyalı Aleksey Denisenko ilə qarşılaşmada 7-5 hesabı ilə qələbə qazanaraq finala adlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm