• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sığorta bazarının 64%-i könüllü formalaşıb

  • Digər
  • 18 İyun 2015 11:10
  • 428 Baxış
Sığorta bazarının 64%-i könüllü formalaşıb

Yanvar-may aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 64,4%-i və ya 133,7 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.

Publika.az Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur. İcbarı sığorta növlərində yığım isə 73,9 milyon manat və ya bazarın 35,6%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 21% böyüyüb.

5 ayda ümumi ödənişin 76,9%-i və ya 57,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 46% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 17,2 milyon manat və ya ümumi bazarın 23,1%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 8% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 31,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 26,2 manatdan 23,3 manata düşüb.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR