Digər
Polşalı gimnastı xilas edən idmançımız danışdı - VİDEO
Ötən gün I Avropa Oyunlarının batutda tullanma yarışlarında Azərbaycan idmançısı Elçin Əlibəyli əla reaksiya göstərərək yıxılan polşalı gimnast Bartalamey Xesi vaxtında tutmaqla onu ağır zədə almaqdan qorudu.
19 yaşlı E.Əlibəyli Trend-ə bildirib ki, peşəkar idmançı olması və daha əvvəllər belə vəziyyətə düşməsi ona həmin anda dərhal reaksiya verməyə kömək etdi:
“Beş yaşımdan akrobatika ilə məşğul oluram və milli komandanın üzvüyəm. Akrobatikada bəzən elə olur ki, həmkarım yıxıla, mən isə onu sığortalayaraq xilas edə bilərəm. Özüm belə vəziyyətlərə düşmüşəm, buna görə də belə asan reaksiya verə bildim”.
Onun sözlərinə görə, polşalı gimnastı sığortalayarkən yaşadığı hissləri hər kəs keçirə bilməz:
“Bir az həyəcan keçirdim. Lakin idmançının zədə almadığını görəndə çox sevindim”.
İdmançımız əlavə edib ki, polşalı idmançı köməyə görə ona təşəkkür edib.
Oxuculara həmin epizodun videosunu təqdim edirik:
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər