Saakaşvili Putinin işğal planlarını açıqladı - VIDEO
Bizi izləyin

Digər

Saakaşvili Putinin işğal planlarını açıqladı - VIDEO

Saakaşvili Putinin işğal planlarını açıqladı - VIDEO

Rusiya prezidenti Vladimir Putinin Krımı işğal etmək planının arxasında qaz amili dayanır və onun planlarına hələ bir çox əraziləri də ələ keçirmək daxildir.

Bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili İrlandiyanın paytaxtı Dublində "Avropa xalq partiyası"nın konqresində videobağlantı zamanı deyib.


"Rusiya prezidenti Putin bir sıra çağırışlar edib. Əgər Ukrayna onlara qulaq assa, demokratik ölkə olsa, o zaman Rusiya vətəndaşları da niyə eyni şeylərə malik olmadıqlarını soruşacaqlar. Digər bir məsələ isə, Krımda zəngin qaz ehtiyatları var.

Amerika şirkətlərinin sayəsində növbəti 3 il ərzində Ukrayna növbəti qaz ixracatçısına çevriləcəkdi və Rusiya qazını almağı dayandıracaqdı, bu isə o deməkdir ki, Qazprom Avropada ən böyük qaz alıcısını itirəcəkdi. Əminəm ki, əsas amil budur. Putinin Cənubi Osetiyanı, Abxaziyanı, Krımı, daha sonra Ukraynanın digər ərazilərini və cənubunu, sonra isə Moldovada Dnestryanı bölgəsini işğal etmək və Rusiyaya birləşdirmək planları var", - Saakaşvili belə deyib.


Saakaşvili həmçinin bildirib ki, Vladimir Putin Qərbi ciddiyə almır və dünya ictimaiyyətinin diqqətinin Ukraynadan hansısa digər böhrana yönələcəyinə ümid edir. "Putin sanksiyaların tətbiq edilə biləcəyinə inanmır. O, artıq Qərbi ciddiyə almır. O, ümid edir ki, başqa bir böhran yaranana kimi burada Qərbdə müzakirələr aparılacaq və ondan sonra hamı Ukrayna barədə unudacaq. Gürcüstanla da belə olmuşdu"


Xatırladaq ki, Amerika Birləşmiş Ştatları Rusiyanın Ukrayna mövqeyinə cavab olaraq, bu ölkənin bir sıra dövlət məmurlarına və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq etmək qərarını açıqlayıb. ABŞ həmçinin bəzi Krım dövlət məmurlarına qarşı da viza sanksiyaları tətbiq edəcək.

Azvision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm