TANAP üzrə yenə tender elan ediləcək
Bizi izləyin

Digər

TANAP üzrə yenə tender elan ediləcək

TANAP qaz kəmərinin tikintisi üçün yaradılmış konsorsium 2015-ci ilin ikinci yarısında EPS (Engineering, Procurement, Construction and Installation) müqavilələri üzrə (boru kəmərinin dəniz hissəsinin layihələndirlməsimə, satınalma, tikinti, montaj edilməsi və fibro-optik kabelin çəkilməsi üzrə) podratçıları seçmək üçün tender elan edəcək.

Publika.az-ın xəbərinə görə, bu haqda konsorsiumun məlumatında bildirilir. Məlum olur ki, artıq tender öncəsi kvalifikasiya seçimi edilib və 6 şirkət və alyans tenderdə iştirak üçün dəvət alıblar. Bunlar – Micoperi S.r.l., MRTS-Fernas Insaat AS Joint Venture, Saipem, Swiber Offshore Construction PTE LTD, TL Offshore Sdn. (Sapura Kencana Petroleum Group Company) və Valentine Maritime LTD Honeywell A.S. şirkətləridir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm