İpoteka alanların 60 faizi özəl sektorda işləyir
Bizi izləyin

Digər

İpoteka alanların 60 faizi özəl sektorda işləyir

İpoteka kreditləri üzrə yenidən maliyyələşdirilən ipoteka kreditlərinin həcmi 572 749 230 manat olub.

Publika.az İpoteka Fonduna istinadən xəbər verir ki, indiyə qədər 16 318 ədəd ipoteka krediti verilib. Onun 3681 ədədi sosial ipoteka kreditləri üzrə olub. Bakı şəhəri üzrə kreditlərin inzibati bölgüsünə gəlincə, ipoteka krediti ilə daha çox Xətai rayonunda mənzil alınıb. Kredit üçün vəsaitlərin 39,3 faizi dövlət büdcəsindən cəlb edilib. 60,7 faizi qiymətli kağızların bazarda yerləşdirilməsindən əldə edilən vəsaitlər olub.

Borcalanların 57,3 faizi özəl sektorda, 42,7 faizi dövlət sektorunda işləyir. Statistikadan məlum olur ki, daha çox evli şəxslər kredit alır. Güzəştli kateqoriyaya aid borcalanların pay bölgüsündə hərbi qulluqçular üstünlük təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm