Defolt Yunanıstan üçün nə vəd edir?
Bizi izləyin

Digər

Defolt Yunanıstan üçün nə vəd edir?

Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan 1,6 milyard dollar borcunu qaytarmadı. Bu da Yunanıstanın texniki defoltu deməkdir.

Publika.az xəbər verir ki, Yunanıstanla bağlı vəziyyət birjaların sükutunu pozub. Avropa birjalarında səhmlər düşüb. O cümlədən avro dollar qarşısında zəifləyib. Hazırda sual doğuran defoltun bir ölkə üçün nə demək olmasıdır.

Defolt nədir?

Dövlətin defoltla üzləşməsi borclarını vədəsində ödəyə bilməməsi deməkdir. BVF belə hallarda borc alan ölkələrə 30 gün vaxt verir. Ancaq BVF rəhbəri Kristine Lagarde Yunanıstana bu haqqın tanınmayacağını açıqlayıb. Məsələnin ən pis tərəfi isə Avropanın problemli ölkələrə təqdim etdiyi yardım (qurtarma) paketlərinin şərtlərinə görə, BVF-ya olan borcun zamanında ödənməməsi şəraitində Avro Bölgəsi ölkələri ilə Avropa Mərkəz Bankına (ECB) olan borcların da geri qaytarılmasının gündəmə gətirilməsidir. Yəni defolt yaşayan ölkəyə borc verən hər kəs təcili olaraq ana borcun geri ödənməsini tələb edir.

Ölkələrin Avropadan aldığı qurtarma paketlərinin həcmi (milyard avro)

Yunanıstan 240

Portuqaliya 76

İrlandiya 68

İspaniya 41

Yunanıstanın cəmi borcu 320 milyard avrodur. Bu da ümumi daxili məhsulun 177 faizinə bərabərdir. Defolt şəraitində borc verənlər bu məbləğin ana hissəsini təcili olaraq geri tələb edə bilərlər. Qeyd edək ki, “Üçlük” adlandırılan - BVF, Avro Bölgəsi və Avropa Mərkəz Bankının Yunanıstana təmin etdiyi qurtarma paketinin həcmi 240 milyard avro səviyyəsindədir. Hazırda Yunanıstan BVF-ya 1,6 milyard avro taksid ödəməlidir.

Bu arada, Yunanıstanın BVF-ya borc taksidini ödəyə bilməməsi eyni zamanda fondun tarixində ilk hadisədir. Belə ki, indiyə qədər heç bir inkişaf etmiş ölkə fonda olan borcunu ödəməkdə gecikdirməyə yol verməyib.

Bu mövzuda ilkə imza atacaq Yunanıstan Sudan, Peru, Liberya və Zambiya kimi ölkələrlə eyni siyahıya düşəcək.

ÖLKƏ GECİKDİRİLƏN MƏBLƏĞ

Sudan 1,4 milyard $

Peru 875 milyon $

Liberya 765 milyon $

Somali 331 milyon $

Zambiya 162 milyon $

Nəzərə çatdıraq ki, ölkənin götürdüyü kömək paketinin BVF-ya olan son taksidi 2057-ci ildə reallaşdırılmalıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm