Avtomobil sahiblərinə 2,2 milyon manat məbləğində sığorta ödənilib
Bizi izləyin

Digər

Avtomobil sahiblərinə 2,2 milyon manat məbləğində sığorta ödənilib

Bu ilin iyun ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1758 sığorta tələbi üzrə 2,2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Publika.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzində sığorta şirkətləri tərəfindən 11 898 851 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində 6% azalma müşahidə edilib.

İyun ayında İcbari Sığorta Bürosu tərəfindən 7 kompensasiya tələbi üzrə 19 800 manat, yanvar-iyun ayları ərzində isə 34 kompensasiya tələbi üzrə 130 133 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. 2015-ci ilin altı ayında həyata keçirilmiş kompensasiya ödənişlərinin məbləği ötən ilin altı ayı ilə müqayisədə 78% çox olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm