MC&S adı mediada ən çox adı hallanan qurumları açıqladı
Bizi izləyin

Digər

MC&S adı mediada ən çox adı hallanan qurumları açıqladı

MC&S-in media monitorinq qrupu 01-30 iyun 2015-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 170 on-line media daxil olmaqla 215-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Bakcell (799 məlumat), banklar arasında ABB (776 məlumat), sığorta şirkətləri arasında PAŞA (230 məlumat), ali məktəblər arasında BDU(1526 məlumat), otel və biznes mərkəzləri arasında Hilton (211 məlumat) irəlidədir.

Qeyd edək ki, nəticələr şirkətimizin FB səhifəsində daha dolğun yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices?fref=nf

Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər. Onu da qeyd edək ki, PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm