• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hansı banklar audit hesabatını təqdim etməyib?

  • Digər
  • 6 İyul 2015 18:12
  • 461 Baxış
Hansı banklar audit hesabatını təqdim etməyib?

Ötən həftə “Moody`s” Azərbaycanın bank sisteminin reytinqini stabildən (Baa3) neqativə endirdi. Agentliyin qiymətləndirməsinə görə, banklar üçün zəif əməliyyat şəraitinin olması ilə yanaşı, fevral ayında devalvasiyanın baş verməsi bu sektoru kifayət qədər zəiflədib. “Moody`s” iddia edir ki, pis gedişat, problemli kreditlərin kredit qoyuluşlarında xüsusi çəkisinin 15%-dək artmasına öz töhfəsini verəcək.

Nəzərə çatdıraq ki, hazırda problemli kreditlərin bank kapitalında xüsusi çəkisi az deyil. Bütün bunlar da bankların fəaliyyətinə mənfi təsir göstərir. Məsələnin ən ciddi tərəfi isə bankların əksəriyyətinin illik audit hesabatını hələ də təqdim etməməsidir. Halbuki qanunvericiliyə əsasən, bank və xarici bankın yerli filialı mühasibat uçotunu aparmalı, fəaliyyətlərini, maliyyə vəziyyətlərini əks etdirən hesabatları, o cümlədən illik maliyyə hesabatlarını tərtib etməlidirlər. Maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində hesabat auditor rəyi ilə birlikdə səhmdarlara, habelə müştərilərə açıqlanmalıdır. Yenə də qanunvericiliyə görə, bankların maliyyə hesabatı martın 31-dək, audit hesabatları isə aprelin 20-dək hazır olmalı, rəsmi internet ünvanlarında yerləşdirilməlidir.

Publika.az bankların bu sahədə nə dərəcədə məsuliyyətli olub-olmadıqlarını monitorinq edib. Aşağıdakı mənzərə alınıb:

“AGBanK”

Bank 2014-cü ilin audit hesabatını yerləşdirib. Hesabat həm rus, həm də Azərbaycan dilindədir.

“Amrahbank"

Bank öz internet ünvanında 2013-cü ilə olan audit rəyini yerləşdirib. 2014-cü fəaliyyət ilə bağlı mənfəət və zərər, balans hesabatını, kredit portfelini açıqlayıb.

“Azərbaycan Kredit Bankı” ASC

2014-cü il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına Uyğun Maliyyə Hesabatları və Müstəqil Auditorun Rəyini hazırlayıb.

“Bank BTB”

Bankın rəsmi internet ünvanında 2013-cü ilin hesabatını görmək olur. Ümumiyyətlə, bankı hesabatlılığa meyilli deyil. Məsələn, “Bank VTB” rüblük hesabatını sonuncu dəfə 2014-cü ildə verib. O da 3-cü rübün nəticələrini. Yəni bank dördüncü rübün hesabatını hələ hazırlamayıb. Kredit portfelinin keyfiyyəti ilə bağlı hesabat isə ümumiyyətlə 2013-cü ilə aiddir.

“Bank of Azerbaijan”

Son bir ildə ciddi problemlər yaşayan “Bank of Azerbaijan” ASC-nin rəhbərliyi dəyişsə də, sular durulmayıb. Bank, demək olar ki, funksiyalarının yarısını icra edir. O ki qaldı hesabatlara, bankın rəsmi internet ünvanında hesabatlara rast gəlmədik.

“Bank of Baku”

Bank 2014-cü ilin audit hesabatını öz rəsmi ünvanında yerləşdirib.

“BankRespublika”

Bankın sonuncu illik hesabatı, eləcə də audit rəyi 2013-cü ilə aiddir. Bank 2015-ci ildə rüblük hesabat verməyib. Qrumun rüblük hesabatları 2014-cü ilə aiddir.

“Bank Technique”

Bank 2014-cü il üzrə audit hesabatını veb səhfəsində təqdim etməyib. Maliyyə hesabatı çərçivəsində 2014-cü ilə olan rüblük hesabatlarını yerləşdirib. Yəni bir sıra banklar kimi 2015-ci ilin rüblük hesabatlarını də təqdim etməyib.

“Bank VTB” (Azərbaycan)

2009-cu ildən etibarən tender əsasında müstəqil auditor kimi konsaltinq şirkəti olan Baker Tilly Audit Azerbaijan MMC-ni seçən bank 2014-cü il üzrə audit hesabatını hələ yerləşdirməyib.

“Bank Standard”

2014-cü il audit hesabatını təqdim etməyən bankların sırasındadır.

“Parabank”

Bu bank da 2014-cü ilə audit hesabatını hələ öz rəsmi ünvanında yerləşdirməyib. Bankın digər maliyyə hesabatları isə 2014-cü ilə aiddir. Yəni bank 2015-ci il üzrə rüblük maliyyə göstəricilərini açıqlamayıb.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR