Bankların kapitalı artıb, aktivləri azalıb
Bizi izləyin

Digər

Bankların kapitalı artıb, aktivləri azalıb

Ölkədə fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalı artıb. 2015-ci ilin iyunun 1-nə 4 521,2 mln. manat təşkil edib. Əvvəlki ayın əvvəli ilə müqayisədə bu göstərici 49,5 mln. manat və ya 1,1 % artıb.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, cari ilin əvvəlinə nisbətən bank kapitallaşması 251,5 mln. manat və ya 5,9%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 717,6 mln. manat və ya 18,9% artıb. Əvəzində ölkədə fəaliyyət göstərən bankların aktivləri azalıb. Bankların aktivləri 29 067.2 milyon manat təşkil edib. Son bir ay ərzində bankların aktivləri 171.2 mln manat azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm