Təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı tədbirlər görülüb
Bizi izləyin

Digər

Təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı tədbirlər görülüb

“Azəriqaz” İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Dövlət Neft Şirkətindən Publika.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılan yoxlamalar zamanı 1602 əhali abonentinin, 23 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunan həmin aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 380 595 manat dəyərində dəymiş ziyan hesablanıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm