• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mərkəzi Bankın valyuta ehtiyatları niyə artıb? - AÇIQLAMA

  • Digər
  • 8 İyul 2015 10:36
  • 342 Baxış
Mərkəzi Bankın valyuta ehtiyatları niyə artıb?  - AÇIQLAMA

“Mərkəzi Bankın valyuta ehtiyatları iyun ayının sonunda 8 milyard 520,2 milyon dollara çatıb. Bu isə o deməkdir ki, son bir ayda valyuta ehtiyatlarının həcmi 89,4 milyon dollar və ya 1%-ə yaxın artıb”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, artım faizi marjinal olsa da belə, bankın azalan valyuta ehtiyatlarının son 2 ayda stabil qalması və müqayisəli çoxalması müsbət haldır: “Çünki manatın məzənnəsi ilə bağlı ən ciddi təhlükə məhz Mərkəzi Bankın intervensiya xərclərinin artması səbəbindən ötən ilin axırlarında və bu ilin əvvəllərində valyuta ehtiyatlarında müşahidə edilən kəskin azalmalar idi. Valyuta ehtiyatlarının artması həm manata tələbin nisbətən çoxalması, xarici valyuta təklifinin azalması, eləcə də bu aspektdən intervensiya xərclərində müşahidə edilən azalmalar və Mərkəzi Bankın borclanması ilə bağlıdır. Mərkəzi Bankla bağlı qanunvericiliyə edilən son dəyişikliklər baş bankın daxili borclanma imkanlarını artırdı. Digər tərəfdən, dollarlaşma prosesinin səngiməsi və cari xərclər üçün dollar təkilfinin çoxalması da valyuta ehtiyatlarının artmasına təsirsiz ötüşmür. Mərkəzi Bankın valyuta ehtiyatlarının son 2 ayda artması manatın məzənnəsinin qorunub saxlanması baxımdan arzuolunandır. Bununla yanaşı, hələlik xarici iqtisadi faktorlar xüsusən də neftin dünya bazar qiymətindəki son günlər müşahidə edilən azalmalar manatın üzərindəki gərginliyi müəyyən qədər möhkəmləndirir. Eyni zamanda, avronun dəyər itirməsi də dolların, demək olar, bütün digər valyutalar üzərində güclənməsinə səbəb olur”.

İqtisadçı bildirir ki, neftin dünya bazar qiymətində azalmalar davam edərsə, bu, daxili pul bazarında yenidən xarici valyutaya olan tələbin artmasına səbəb ola bilər.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR