Yadplanetlilər insanlıq üçün elə bir addım atıb ki... – SENSASİYALI İDDİA - - FOTO/VİDEO
Bizi izləyin

Paranormal

Yadplanetlilər insanlıq üçün elə bir addım atıb ki... – SENSASİYALI İDDİA - - FOTO/VİDEO

Britaniyalı fizik Brayan Koks yadplanetlilərə rast gəlməməyimizin səbəbini açıqlayıb.

Britaniyalı alim Brayan Koks yadplanetlilərə rast gəlməməyimizin səbəbini açıqlayıb. O, bu haqda “Kainat: kosmos təlimatı” adlı yeni kitabının təqdimatı zamanı deyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, britaniyalı fizik və televiziya aparıcısı Koks insanların yadplanetlilərlə hələ də üzləşməməsinin səbəbini açıqlayıb. Onun fikrincə, insanlar kainatda yeganə ağıla sahib canlıdır: “Dünyaya gələ biləcək və ya əlaqə qura biləcək daha qədim sivilizasiyalar ola bilərdi, lakin onlar yüksək inkişafa çatdıqdan sonra özlərini məhv ediblər. Hesab edirəm ki, yadplanetlilərlə indiyədək qarşılaşmamağımızın səbəbi ya onların tükənməsi, ya da yaxın zamanlarda tükənməklə qarşı-qarşıya qalmalarıdır. Eyni zamanda həddindən artıq inkişaf etmiş, başqa sözlə, bütün canlıları yox edəcək səviyyəyə çatmış yadplanetlilərin bütün insanlığı məhv etməmək üçün özlərini yox etməsi böyük ehtimaldır. Təbii ki, bu, böyük də olsa bir ehtimal. Yəni yadplanetlilərlə qarşılaşmaq şansımız hələ də var”.

Qeyd edək ki, hələ 1950-ci ildə məşhur fizik Enriko Fermi “Fermi” adıyla bir fərziyyə ortalığa atmışdı. Kainatda minlərcə planet var və onların çoxunda teorik olaraq dünyadan əvvəl yaşayış oyanmalı idi. Beləliklə, milyard illər ərzində yadplanetlilərin sivilizasiyası o qədər inkişaf edərdi ki, onlar kosmik sivilizasiyanı öz müstəmləkələrinə çevirə bilərdilər. Bunu isə görməmək mümkünsüz bir şey olardı. Uzun sözün qısası Fermi demək istəyir ki, ya insanların kainat haqqında anlayışı səhvdir, ya da müşahidələrinin nəticəsi.

Brayan Koks Ferminin fikrinə əsasən bunları söyləyib: “Sivilizasiyanın çox inkişaf etməsi getdikcə yaşam üçün böyük təhlükə yaradır. İnkişafın müəyyən mərhələsindən sonra nüvə müharibəsi, radikal iqlim dəyişikliyi və ya hər hansı başqa fəlakət qədim sivilizasiyaların sonunu gətirib”.

Əgər onun fərziyyələri doğrudursa, bu, bir daha onu sübut edir ki, texnologiyanın inkişafı siyasətin inkişafı ilə birlikdə getməlidir, əks halda insanlığı təhlükə gözləyir.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm