Marsda həyatın izləri tapıldı
Bizi izləyin

Paranormal

Marsda həyatın izləri tapıldı

ABŞ-ın Arizona ştatından olan geofiziklər Mars planetində həyatın mövcudluğunun mümkün izlərini aşkar ediblər.

Publika.az xəbər verir ki, tədqiqatçıların məqaləsi “Nature Communications” jurnalında dərc edilib.

Alimlər qeyd edirlər ki, Marsda “Spirit” robotunun köməyi ilə tapılan silisium dioksidin analoqu Çilidə El-Tatio geyzerlərinin vadisində əmələ gəlir. Geofiziklər hesab edirlər ki, bu geoloji strukturların orqanizmlərin fəaliyyəti nəticəsində əmələ gəlməsi Qırmızı planetdə həyatın mövcudluğunu göstərir.

Amorf silisium dioksidi 2007-ci ildə Marsda Qusev kraterində “Spirit” tərəfindən tapılıb. Tədqiqatların nəticələri göstərib ki, qədim zamanlarda bu krater su ilə dolmuşdu. Alimlərin fikrincə, silisium dioksid hidrotermal mənbələrə yaxın yaşayan mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində yarana bilərdi.

Geofiziklər hesab edirlər ki, silisium dioksidin daha ətraflı müayinəsi qədim həyat izlərini tapmağa kömək edə bilər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm