• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Diqqət: dəhşətli kabus oyunları - FOTO\VİDEO

Diqqət: dəhşətli kabus oyunları

Normal oyunlardan sıxılan insanlar qorxunc nəticələrə gətirib çıxaran paranormal oyunlara meyl edirlər. Bu oyunların nəticələri haqqında qəti hökm vermək olmasa da, belə oyunlar cəsarət tələb edir.

Publika.az araşdırma edərək, dünyada oynanılan ən qorxulu 5 oyunu təqdim edir:

Oyun həvəskarları diqqətlə oxusun:

1 Daruma

Daruma, hamamda yıxılaraq başını zədələyib ölən yapon qızının adıdır. Bu oyunu oynamaq üçün gecə yarısına qədər gözləyin, vannanı soyuq su ilə doldurun və uzanın. Vannaya girməmişdən əvvəl işıqları söndürün. Suya girdikdən sonra 3 dəfə "Daruma gəl” deməlisiniz. Ardından birinin soyuq əlini çiyininizdə ya da bir varlığı arxanızda hiss edəcəksiniz. O an diqqətli bir şəkildə ayağa qalxaraq vannadan çıxmalısınız, yoxsa Daruma sizi yıxıb başınızın yerə dəyməsi üçün əlindən gələni edəcək. Və oyunun şərtlərinə düzgün əməl etməsəniz bütün günü Darumanın ruhunu yanınızda hiss edəcəksiniz. Hətta çox yaxınızda hiss etsəniz dərhal yapon dilində dayan mənasını verən “TORAMA” deməlisiniz.

2 Ruh taxtası

Ouija oyun taxtası dünyanın ən məşhur paranormal oyunudur. 1890 da amerikalı iş adamı Elijah Bondpassin tərəfindən satışa çıxarıldı. Ancaq oyunun ixtiraçısına dair heç bir məlumat yoxdur. Bu oyun taxtasında, əlifbanın hərfləri, 0-dan 9-a qədər rəqəmlər və “bəli”, “xeyr”, “salam”, “sağ ol” kimi sözlər yazılıb. Seansa qatılan bütün iştirakçılar barmaqlarını taxtanın üzərinə qoymalı və digər dünya ilə əlaqə qurmağa çalışmalıdır. Alimlər bu oyunun fanilərlə ruhlar arasında bir qapı olduğu fikrini irəli sürürlər.

3 - "Gecəyarısı adamı"oyunu

Bu oyun üçün lazım olanlar, şam, bir damla qanınız, bir parça kağız, bir az duz və bir qutu kibritdir. Ad və soyadınızı kağız üzərinə yazın, iynəni barmağınıza yüngülcə batırıb kağız üzərinə bir neçə damla qanınızı axıdın və kağıza qanın hopmasını gözləyin. Daha sonra, həmin kağızı evin qapısının qarşısına qoyaraq, üzərinə yandırdığınız şamı yerləşdirin. Sonra qapını 22 dəfə döyün, sonuncu döyüntü saat 00:01-də olmalıdır. Ardından qapını açın və şamı söndürün. Və beləliklə “gecəyarısı adamını” evinizə dəvət edirsiniz. Qapını örtün və yenidən şamı yandırın. Oyun müddətində evin bütün işıqları sönülü olmalıdır. Əgər, əlinizdəki şam sönərsə demək “gecəyarısı adamı” sizin çox yaxınınızdadır. 10 saniyə müddətində şamı təkrar yandırmalısınız. Əgər yandıra bilməsəniz, gecəyarısı adamı bütün gecə sizin kabus görməyinizə səbəb olacaq.

4. Digər dünyalara çıxan lift

Bu oyun Koreya mənşəlidir. Deyilənə görə, oyunun bütün qaydalarına tam riayət edən iştirakçı digər dünyaya gedər. İlk olaraq, ən az 10 mərtəbəli və lifti olan bir bina tapmalısınız. Birinci mərtəbədə lifti çağırın, içinə minin və 4-cü mərtəbə düyməsini basın. Dördüncü mərtəbəyə çatanda çölə çıxmayın, 2-ci mərtəbənin düyməsini basın və təkrar aşağı düşün, sonra 6-ci mərtəbənin düyməsin basın, bu mərtəbəyə çatanda yenidən 2-ci mərtəbəyə düşün, daha sonra 10-cu mərtəbəyə qalxın, sonra 5-ci mərtəbəyə düşün. Beşinci mərtəbəyə çatanda liftə gözəl bir xanımın girəcəyi söylənilir. Ancaq bu xanımın üzünə qətiyyən baxmaq olmaz. Hətta dialoq belə qurmaz olmaz. Qadın liftə minəndə 1-ci mərtəbənin düyməsini basın. Əgər siz bu oyunu düzgün oynayıbsınızsa lift birinci mərtəbə yerinə onuncu mərtəbəyə qalxacaq. Qapı açılan kimi siz digər dünyada olacaqsınız. Normal dünyaya qayıtmaq üçün isə eyni hərəkətləri tərs şəkildə təkrarlamalısınız.

5. Güzgüdəki şeytan

Bu oyunu ildə iki dəfə oynamaq lazımdır. Biri İsa peyğəmbərin anadan olduğu gün, yəni 25 dekabr və çarmıxa çəkildiyi cümə günündə oynanıla bilər. Oyun üçün lazım olan şey bir güzgü və 12 şamdır. İşıqları söndürün, güzgüyə baxın və gözünüzü qırpmadan 12 dəfə “Şeytan” sözünü söyləyin. Əgər düzgün oynasanız dərhal sonra 2 saniyə ərzində aynada şeytanın sifətini görəcəksiniz. Bu oyunu əsasən, gecə saat 03:00-da oynayırlar. Çünki, bu saat qaranlıq qüvvələrin ən güclü olduğu vaxtdır.

Dilrubə Vaqifzadə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR