Yadplanetlilərlə bağlı tapıntının SİRRİ AÇILDI
Bizi izləyin

Paranormal

Yadplanetlilərlə bağlı tapıntının SİRRİ AÇILDI

Adıgey Respublikasında (Rusiya Federasiyasının subyektlərindən biri) Üçüncü reyxin "Anenerbe" təşkilatının emblemi ilə naməlum varlıqların kəllələrinin olduğu sandıq tapılıb.

Adıgey Respublikasında (Rusiya Federasiyasının subyektlərindən biri) Üçüncü reyxin "Anenerbe" təşkilatının emblemi ilə naməlum varlıqların kəllələrinin olduğu sandıq tapılıb.

Publika.az xəbər verir ki, Rusiyanın mk.ru saytı kəllələrin olduğu “Anenerbe” sandığının sirrinin açıldığını yazıb: “Yadplanetlilər keçilərə oxşayır”.

Paleoantropoloq Aleksandr Belov hesab edir ki, möcüzəvi tapıntılar yalnız bu gün və dünənə aid deyil, illər əvvəl də tapılıb.

“Belovodye” etnoqrafiya muzey kompleksinin rəhbəri Vladimir Məlikov demək olar ki, iki həftə vaxt sərf edərək artefaktların sahibi ilə əlaqə saxlamağı bacarıb. “Nəticədə, mən bildim ki, heç də adi tapıntı haqqında söhbət getmir: sandıq-çamadan və iki sirli kəllə”, - deyə Məlikov bildirib.

Etno-kompleksin rəhbərinin sözlərinə görə, bu təəccüblü tapıntıları ona yerli əhalidən hansısa yaşlı çatdırıb. O, demək olar ki, bütün vaxtı dağlarda yaşayır. Bu yaşlı insan Məlikova “Anenerbe” emblemi ilə qəhvəyi rəngdə olan sandığı gətirib.

Başqa bir oğlan iki anlaşılmayan kəlləni gətirib. Bildiriblər ki, onları mağaralardan birində tapıblar. Saytın əməkdaşı qeyd edir ki, fotolarda kəllələr yalnız ön tərəfdən təqdim edilib. O, kəllələrin indiki sahiblərinə -Vladimir Məlikova profildən çəkilmiş şəkilləri göndərməyi xahiş edib.

Göndərilən şəkillərin keyfiyyəti isə çox pis olub. Saytın əməkdaşı hər şeyi öz gözləri ilə görmək üçün “Belovodye” etnoqrafiya muzey kompleksinə getmək istəyib. Ancaq muzey kompleksinin rəhbəri müxtəlif bəhanələrlə onu bu ideyadan daşındırıb: ən lazımlı mağaraya qədər çatmaq çox çətin olacaq, bir neçə gün çətin dağlıq cığırlarla getmək lazımdır...

“Və hər halda hipotetik yadplanetlilərin profildən çəkilən şəkillərini görməyi bacardım. Hələ üç il əvvəl məşhur həmkarlarımdan biri - paranormal hadisələrin tədqiqatçısı “Belovodye”də olub və qeyri-adi kəllələrin müxtəlif rakurslarda şəklini çəkməyi bacarıb. Bundan sonra kriminalistlərin dili ilə desək, obyektin şəkil üzrə tanınması olub. Yadplanetli kəllələr əslində, adi Qafqaz turlarının (dağ keçisi –red.) kəlləsi olub. Ancaq azca dəyişilib. Hər ikisində beyin kapsulunun fraqmentləri yoxdur. Göründüyü kimi, kəllələrdən biri çürüyüb, ikincisi hansısa bir mexaniki təsir nəticəsində dəyişilib”, - yazının müəllifi bildirib.

O, daha sonra zooloqla xüsusi olaraq məsləhətləşib. Zooloq da jurnalistin qənaətini təsdiqləyib: “Məndə inam yarandı ki, bu iki kəllənin yadplanetli mənşəyi yoxdur. İstisna etmək olmaz ki, kimsə bunu ümumi diqqəti cəlb etmək və reklam yaratmaq üçün edir. Ancaq hər halda bu, bütovlükdə yadplanetli sivilizasiyaların izlərinin axtarışı mövzusunu etibardan salır”.

Adıgey Respublikasında aşkar edilən tapıntını şərh edən Rusiya Coğrafiya Cəmiyyətinin regional bölməsinin sədri İqor Oqayın sözlərinə görə, çənələr, alın sümükləri və boyunardı olmayan kəllələr yadplanetliləri xatırladır. Sandıq Adıgey Respublikasının Kamennomostsk qəsəbəsinin ərazisində arxeoloqlar tərəfindən aşkar edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm